"Atletiko"nun azərbaycanlısı: "Millidə oynamaq sevindirici olar" - MÜSAHİBƏ

16:33 9 Mart 2015

Futbol üzrə Portuqaliya çempionatının 2-ci liqasında çıxış edən Amit Quluzadənin Sportarena.az saytına müsahibəsi:

 

 

- Necə oldu ki, Portuqaliya klubuna keçdiz?

– Mənə menecerimdən təklif gəldi. Fikirləşdim ki, şansımı xaricdə sınaya bilərəm və beləcə buraya gəldim.

 

 

- Əsas heyətə düşməkdə çətinlik çəkirsiz. Bu daha çox nə ilə bağlıdır?

– Heyətə niyə düşə bilmədiyimi özüm də bilmirəm. Bu mənə də maraqldır. Meydanda olanda heç də pis təsir bağışlamıram. Amma, nədənsə belə olur.

 

 

- Prosineçkinin gəlişindən sonra milliyə dəvət olunacağınızı gözləyirsizmi?

– Əlbəttə ki, gözləyirəm. Özümü oynamaq üçün hazır hiss edirəm. Millidə oynamaq sevindirici olar.

 

 

- Formanızı itirməmək üçün yenidən Azərbaycan çempionatına qayıtmaq ağlınızdan keçirmi?

– Düzü, bu barədə fikirləşməmişəm. Nə olacağını bilmirəm sözün düzü.

 

 

- Milli komandada milliləşdirilmiş futbolçular həddən artıq çoxdur...

– Əsas məsələ odur ki, yaxşı oyunçu olsun. Belə olanda onun milliyətinin əhəmiyyəti yoxdur.

 

 

- Yaşadığınız yerlə ölkəmiz arasında hansı fərqlər var?

– Artıq buraya öyrəşmişəm. Mənim üçün narahatçılıq yoxdur. Özümü sərbəst hiss edirəm. Burada və Azərbaycandakı mentalitet arasındakı fərqlər böyükdür.

 

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti