Yayda "İnter"in baş məşqçisi postu ilə vidalaşacaq Kaxaber Sxadadze Gürcüstan millisinin "sükanı arxası"nda debüt oyununa 3 "İnter"lini dəvət edib.
Sportarea.az xəbər verir ki, təcrübəli mütəxəssis oğlu Baçana ilə yanaşı, Aleksandr Amisulaşvili və Laşa Salukvadzeni də dəvət edib. Ümumilikdə 29 futbolçuya dəvət göndərən Sxadadze oyunadək siyahını 23-ə endirəcək.
Martın 23-də Maltayla ilə yoxlama görüşü Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq Almaniya ilə görüşə hazırlıq xarateri daşıyır.