İran türkiyəli mütəxəssisi milli komandasının başına gətirmək üçün belə addım atıb.
Sportaren.az xəbər verir ki, 2002-ci ildə Şenol Günəşlə maraqlanan farslar, baş nazir Rəcəb Tayyib Ərdoğandan bu işin alınmasına kömək etməyi xahiş edib. Türkiyənin keçmiş gənclər və idman naziri Mehmet Atalay bu haqda açıqlama verib:
"Bəzi ölkələr "bizə mütəxəssis göndərin" deyirdilər. 2002-ci ildə dünya üçüncüsü olan Türkiyə yığma komandasının baş məşqçisi Şenol Günəşə o zaman təkliflər gəlmişdi. Şenol Güneşi İran milli komandasına aparmaq üçün mənə, gənclər və idman naziri Mehmet Ali Şahin, həmçinin baş nazir Rəcəb Tayyib Ərdoğana yalvardıqlarını bilirəm"