"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin üzvləri Topaz Premyer Liqasının XXV turu çərçivəsində baş tutan "Qəbələ" - "Sumqayıt" matçından öncə Qəbələyə səfər ediblər.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində "Qəbələ"nin təlim-məşq bazası və futbol akademiyası ilə tanış olan nümayəndə heyəti klub əməkdaşları ilə yoldaşlıq oyununda üz-üzə gəlib.
Komandalar meydançaya "Baku-2015" loqolu formalarda çıxıblar. Matç "Qəbələ"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşün ardından klubun futbol direktoru Toni Adams "oyunun ən yaxşı futbolçusu"na imzalı top hədiyyə edib. Heyətin başqa bir üzvü Adams imzası olan formaya sahib çıxıb. Komitə üzvləri "Qəbələ" - "Sumqayıt" qarşılaşmasını izlədikdən sonra paytaxta dönüblər.