"Kalyari" klubu baş məşqçisi Canfranko Zola ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, buna komandanın uğursuz çıxışı səbəb olub.
Komandanın A Seriyasının son 6 turunda cəmi 1 xal toplaması rəhbərliyi narazı salıb. Bu səbəbdən rəhbərlik 48 yaşlı mütəxəssislə yolları ayırmaq qərarına gəlib.
Qeyd edək ki, Zolanı "Kalyari"nin sabiq baş məşqçisi Zdenek Zemanın əvəzləyəcəyi gözlənilir.