Ben Arfa BƏƏ klubu ilə danışıqlar aparır

18:47 9 Mart 2015

Hələ ki klubsuz qalan Hatem Ben Arfa karyerasını BƏƏ-də davam etdirə bilər.

 

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı fransalı hücumçunun yaxın vaxtlarda "Əl Cazirə" klubu ilə müqaviləyə imza atacağı istisna olunmur. Ben Arfa klub rəhbərliyi ilə danışıqlar aparır. Ərəblər həmçinin "Lill"dən Marko Başanı da transfer etmək istəyirlər.

Qeyd edək ki, Ben Arfa yanvarda "Nice" klubuna keçsə də, FİFA ona burada çıxış etmək üçün icazə verməmişdi. Çünki Ben Arfa mövsüm ərzində "Nyukasl Yunayted" və "Hall Siti"də forma geymişdi.

 


Digər xəbərlər

Xəbər xətti