Mübariz Mənsimovun tərsanəsində inşa edilən ilk gəmi suya endirildi - FOTOLAR

19:57 9 Mart 2015

"Xəzər Lənkəran" futbol klubunun rəsmi sponsoru "Palmali" Şirkətlər Qrupunun Türkiyənin İzmit bölgəsində yerləşən “Armada Shipyard” tərsanəsində ilk gəminin suya salınma mərasimi keçirilib. Gəminin əsas korpusunun inşası 2014-cü ilin may ayında başlamışdı.

 

 

Sportarena.az xəbər verir ki, yeni layihəyə əsasən hazırlanan tanker daha da gücləndirilmiş dəniz funksiyasına malik olmaqla, bütün beynəlxalq daşıma tələblərinə tam cavab verir. Layihələndirmə zamanı dünya neft şirkətlərinin xüsusi tələbləri və əlavə ekoloji məhdudiyyətlər nəzərə alınıb.

 

Təntənəli tədbirə "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov, Rusyanın Istanbuldakı baş konsulu Alexey Yerxov, nüfuzlu iş adamları və siyasətçiləri də qatılıb. Mərasimdə söz alan "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov bu il daha 4 gəminin öz tərsanəsində buraxılacağını deyib.

 

Yelena Storojeva-Qolovuşkina anasının adını daşıyan gəminin xaç anası olub və dənizçi adət-ənənələrinə uyğun olaraq şampan şüşəsini gəminin gövdəsinə çırparaq gəmiyə uğurlu yol arzulayıb.

 

Olqa Qolovuşkina neft sənayesinin, xüsusilə də loqistika sahəsinin tanınmış isimlərindən biridir. Palmalinin önəmli tərəfdaşlarından biri olub. Mübariz Mənsimovun bir vəfa borcu var idi və onun xatirəsini də belə yaşatdı.

 

Gəminin texniki xüsusiyyətlərinə görə, Volqa-Don bərə keçidindən və Volqa-Baltiysk su yollarından keçmə qabiliyyətinə malikdir. Tanker dəniz şəraitində 7500 ton dedveyt yük götürür.

 

“Palmali” şirkətlər qrupu Aralıq dənizi, Xəzər və Qara dəniz sularında əsasən SOCAR və LUKOYL kimi neft şirkətlərinin yüklərini daşıyır. Həmçinin şirkət digər böyük neft və neft məhsulları şirkətləri ilə uzunmüddətli müqavilələrə malikdir.


Digər xəbərlər

Xəbər xətti