Asiya Futbol Konfederasiyasının (AFC) qərarına əsasən, 2019-cu ildə keçiriləcək futbol üzrə Asiya Kubokunun final mərhələsini Birləşmiş Ərəb Əmirlikləri qəbul edəcək.
Sportarena.az "Anadolu"ya istinadən xəbər verir ki, Konfederasiya rəhbərliyi bu qərarını AFC-nın İcra Komitəsinin Bəhreyndə keçirilən iclasının yekununda açıqlayıb.
Bildirilir ki, bu hüquqa 11 ölkə iddia edib.
Ərəb Əmirlikləri 1996-cı ildə bu turniri qəbul edib.