Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərov karyerasını başa vurub.
Sportarena.az xəbər verir ki, vaxtilə "Sumqayıt" və "Araz Naxçıvan"da da çıxış edən futbolçu son olaraq birinci divizion təmsilçisi "Zirə"də top qovurdu.
Lakin aparıcı klublarda özünü göstərə bilməyən, yığmamızın düşərgəsinə dəvət almayan oyunçu bu üzdən karyerasını erkən başa vurmağa qərar verib.