PSJ-nin İsveçli fovardı Zlatan İbrahimoviçin 3 il öncə satışa çıxardığı İsveçin Malmö şəhərindəki qəsrinə hələ də müştəri tapılmayıb.
Sportaren.az İsveçin “Metro” qazetinə istinadən xəbər verir ki, Malmönün Limhamn ərazisindəki 13 otaqlı qəsri 2007-ci ildə 3 milyon avroya alan İbrahimoviç, 2 milyon xərcləyərək qəsrə özünəməxsus kinoteatr sistemi quraşdırıb.
Futbola ölkəsindən kənarda davam etdiyi üçün, qəsrini 2012-ci ilin Mayında satışa çıxaran 33 yaşlı futbolçu 2 ildir heç bir alıcı tapılmaması üzündən çətin vəziyyətdə qalıb.
Evin yerli bazara görə çox bahalı qiymətdə olduğunu və bu səbəbdən heç bir alıcı tapılmadığını bildirən əmlakçı Stefan Kronholm, qəsrin satış vaxtı uzandıqca qiymət itirdiyini də ifadə edib.