İtaliya A seriyasında çıxış edən “Yuventus” klubunun uruqvaylı müdafiəçisi Martin Kakeres topuğunda və baldırındakı zədə səbəbi ilə 2,5 ay yaşıl meydanlardan kənarda qalacaq.
Sportaren.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kakeres zədələri səbəbindən əməliyyat olunub və həkimlər ona futbol oynamağa qarşı uzunmüddətli qadağa qoyub.
Qeyd edək ki, Kakeres “Yuventus”da bu mövsüm 14 oyuna çıxıb.