Türkiyə PTT 1-ci liqasında 23-cü turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Futbolçumuzun klubu səfərdə "Bucaspor"la qarşılaşıb. Oyun 3:0 hesabıyla Kayseri təmsilçisinin xeyrinə başa çatıb. Start heyətdə meydana çıxan Kamran sonadək meydanda olub və qapısını toxunulmaz saxlamağı bacarıb.