Yaşıl meydanlarda daha bir futbolçunun ayağı qırılıb.
Sportarena.az хəbər verir ki, hadisə dünən İtaliya A Seriyasının "Kyevo" - "Roma" matçında baş verib.
0:0 hesabı ilə başa çatan matçda "Kyevo"nun üzvü Federiko Mattiello rəqibi ilə ikili mücadilədə ayağı qırılıb. Acılar içində yerdə qalan 19 yaşlı futbolçunun durumu izləyənlərin göz yaşlarına səbəb olub.