"Rəvan" klubu dağılmaq ərəfəsində: İşçilər maaşlarını ala bilmir

13:14 10 Mart 2015

Daha öncə “Rəvan” kluubndan kənarlaşdırılan 6 işçi barədə məlumat vermişdik.

 

 

Sportarena.az saytının etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, klubdan kənarlaşdırılan işçilərin son aydan qalma maaşları hələ də özlərinə çatdırılmayıb. Həmçinin, klubda işləyən işçilərin maaşarı da əksildilir. Konkret olaraq klubun sürücülərinə və digər texniki işçilərə müqavilədə göstəriləndən 100, ya da 150 manat az pul verilir.

 

Klubun vitse-prezidenti İlqar Axundov isə yalnız vəd verməklə məşğuldur. Axundov saytımıza açıqlamasında klubda böhranlı vəziyyətin yarandığını təkzib etsə də, klubdakı mənbələrdən ötürülən məlumatlar “Rəvan”da özbaşınalığın artdığını və ciddi dəyişikliklər olmayacağı halda klubun dağıla biləcəyini göstərir.

 

Məsələni diqqətdə saxlayacayıq.


Digər xəbərlər

Xəbər xətti