Rəşad Abdullayeva 3 oyunluq cəza, "Xəzər Lənkəran" 1000 manat ziyana düşdü

13:49 10 Mart 2015

AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.

 

 

Sportarena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasında çıxış edən klublar barədə aşağıdakı qərarlar qəbul olunub.
 

 

Azərbaycan Premyer Liqasının XXV turunun “Qəbələ” – “Sumqayıt” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. 

Azərbaycan Premyer Liqasının XXV turunun “Neftçi” – “İnter” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.  

 

Azərbaycan Premyer Liqasının XXV turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

 

Azərbaycan Premyer Liqasının XXV turunun AZAL – “Bakı” matçının 69-cu dəqiqəsində “Bakı” klubunun 85 №-li futbolçusu Jaba idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur 

Oyunun 86-cı dəqiqəsində AZAL klubunun 27 №-li futbolçusu Rəşad Abdullayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2000 manat cərimə olunur 

 

 


Digər xəbərlər

Xəbər xətti