AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda Azərbaycan çempionatının 1-ci divizionunda çıxış edən klubların əvəzedici heyyətləri barədə aşağıdakı qərar qəbul olunub:
I Divizionun XVIII turunun “Kəpəz” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
I Divizionun XVIII turunun “Ağsu” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
I divizionun XVIII turunun “Bakılı” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
I Divizionun XVIII turunun “Şəmkir” – “Neftçala” matçının 69-cu dəqiqəsində “Neftçala” klubunun 5 №-li futbolçusu Musa Rəhimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.
Oyunun 90+5-ci dəqiqəsində “Neftçala” klubunun 14 №-li futbolçusu Habil Nurəhmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.
Oyunun 90+3-cü dəqiqəsində “Şəmkir” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunub.