"Fənərbağça" Avropada birincidir

14:30 10 Mart 2015

Avropada qapıya ən çox zərbə vuran klubların siyahısı məlum olub.

 

 

Sportarena.az saytı xəbər verir ki, cari mövsümdəki çempionat oyunlarında ən çox zərbə ilə diqqət çəkən komanda “Real”dı.

 

“Kral klubu” keçirdiyi 26 oyunda ümumilikdə 367 dəfə rəqib qapıçını narahat edib. Onu 354 zərbə ilə əzəli rəqibi “Barselona” izləyir. Lakin orta hesabla bir oyunda ən çox qapıya zərbə endirən komanda “Fənərbaxça”dı. Türkiyə komandası 23 matçda 329 dəfə qol axtarışında olub ki, bu da orta hesabla hər oyuna 14,30 deməkdi. Bu baxımdan ikinci pilləni isə “Bavariya” tutur.

 

1. “Fənərbaxça”

Oyun: 23

Zərbə sayı: 329

Orta hesabla hər oyuna: 14,30

 

2. “Bavariya”

Oyun: 24

Zərbə sayı: 340

Orta hesabla hər oyuna: 14,17

 

3. “Real”

Oyun: 26

Zərbə sayı: 367

Orta hesabla hər oyuna: 14,12

 

4. “Barselona”

Oyun: 26

Zərbə sayı: 354

Orta hesabla hər oyuna: 13,62

 

5. “Borussiya” (Dortmund)

Oyun: 24

Zərbə sayı: 316

Orta hesabla hər oyuna: 13,17

 

6. “Yuventus”

Oyun: 26

Zərbə sayı: 331

Orta hesabla hər oyuna: 12,73

 

7. “Marsel”

Oyun: 28

Zərbə sayı: 348

Orta hesabla hər oyuna: 12,43

 

8. “Bursaspor”

Oyun: 23

Zərbə sayı: 284

Orta hesabla hər oyuna: 12,35

 

9. “Volfsburq”

Oyun: 24

Zərbə sayı: 292

Orta hesabla hər oyuna: 12,17

 

10. “Mançester Siti”

Oyun: 28

Zərbə sayı: 339

Orta hesabla hər oyuna: 12,11

 


Digər xəbərlər

Xəbər xətti