Çempionlar Liqasının 1/8 final mərhələsininin dörd cavab qarşılaşması üçün hakimlər müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu gün keçiriləcək "Real" - "Şalke" matçını sloveniyalı Damir Skominanın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. ""Portu" - "Bazel" görüşünə isə baş hakim qismində isveçli hakim Yonas Eriksson təyinat alıb.
Sabah keçiriləcək "Çelsi" - "PSJ" matçını hollandiyalı Byorn Kuypers, "Bavariya" - "Şaxtyor" (Donetsk) qarşılaşmasını isə şotlandiyalı Villiam Collum idarə edəcək.