Bəhmən Həsənov: "Lippertin kitabının üzərinə “Rəvan”ın gerbini yapışdırmışdıq" - MÜSAHİBƏ

15:25 10 Mart 2015

“Rəvan” klub Akademiyasının direktoru Bəhmən Həsənovun sportarena.az saytına müsahibəsi:

 

 

- Klubda böhran yaşandığı haqqında məlumatlar var. Bu nə dərəcədə realdır?

– Xeyr, biz indi kəmiyyətdən daha çox kefiyyətə üstünlük veririk. Biz 1-ci dəstədə çıxış etdiyimizə görə məcbur deyilik ki, 12 komanda saxlayaq. Biz bu qrupalrı birləşdirib daha kefiyyətli iş alınmasını istəyirik. Hal-hazırda 5 yaş üzrə komandamız yarışlarda iştirak edir. Maliyyə drumuna gəldikdə isə, maaşlarımızı alırıq, bu vaxta qədər də alınıb.

 

- 6 işçinin göndərilib və bəzilərinin maaşları azaldılıb...

– Heç kəsin maaşı azaldılmayıb. Məşqçilərin maaşı əksinə artırılıb. Mənim haqqımda saytınızda yazılanlar da düzgün deyil.

 

- Biz də bunun üçün sizin də fikrinizi öyrənirik.

– Burada uzun məsələlər var. Mən vətən xaini deyiləm. Səmimi olmağa çalışıram. Akademiyaya da gəlib vəziyyətə baxa bilərsiz. Mən əsas komandaya cavabdeh deyiləm. Akademiyada da qrupların birləşdirilməsi “Rəvan”ın ləğv olunması deyil. İnşallah yayda gördüyümüz işin bəhrəsini görəcəksiz.

 

- Konkret olaraq sürücülərin maaşlarının azaldıldığı haqqında əlimizdə dəqiq məlumat var.

– Ola bilər. Mən akademiyaya görə cavabdehəm. Sürücü şirkətin işçisidir. Onlara görə mən məsuliyyət daşımıram.

 

- Bernard Lipperdin uşaqlar üçün hazırladığı hazırlıq proqramını öz adınıza mənimsədiyiniz deyilir. Həqiqətən də, hər iki kitabda oxşarlıqlar var.

– Biz AFFA-nın Elit məşq planını ən birinci tətbiq edənlərdən olduq. Bizim məşqçilər bu proqramnan işləsələr Azərbaycanda böyük inkişaf olar. Çünki, orada hər məşqin təməl forması göstərilib. Almaniya Futbol Federasiyası və AFFA arasıda olan razılaşmaya əsasən həmin proqram bizdə tətbiq olunur. Biz də o proqrama uyğun məşq keçirik. Mən Lippertlə də görüşdüm. Bizim səhvimiz onda idi ki, Lippertin kitabının üzərinə “Rəvan”ın gerbini yapışdırmışdıq. Lippert iradını bildirdi və biz də gerbi oradan çıxardıq. Mənimsəmə söhbəti yoxdur. Əgər mən o kitabı öz adıma çıxartsam mənə gülərlər. Çünki, Azərbaycanda bu kitabdan çox məşqçisdə var və kimə aid olduğunu da yaxşı bilirlər. Bu kitabdan istifadə də ölkəmizdə futbol məşqlərinə aid kitab qıtlığından yaranıb. Məcbur olub xarici kitabları tərcümə edib savadlanırıq. Həmin kitabı Türkiyəyə də aparmışdım və göstərdim ki, Azərbaycanda uşaq məktəbləri  bu proqramla işləyir. Əlavə olaraq bizdə Zammerin də proqramı var. Onu da tərcümə elətdirib tətbiq etməyə çalışacam. Mənim istəiyim odur ki, “Rəvan”da təməl düzgün qoyulsun. Mənim yazdığım kitab isə tamam ayrıdır. Orada müdafiə xəttinin davranışı göstərilib.

 

- AFFA-nın baş katibi Elxan Məmmədov “Rəvan” klubuna forma üçün ayrılan pulların düzgün istiqamətdə xərclənmədiyini bildirmişdi.

– Orada anlaşılmazlıq oldu. Formalar alınmışdı. Sadəcə formalar fərqli gəlmişdi. Bizə AFFA maliyyə yardımı göstərmədiyi müddətdə akademiyanın uşaqları “Legia” markalı formalarla təmin olunmuşdu. Bizdə paylanılan formaların siyahısı var. Sifariş verdiyimiz gödəkçələrin İtaliyadan gəlməsi gecikdi. Amma, bu o demək deyil ki, biz uşaqlara heç nə verməmişik. Pul məsələsi mənim işim deyil. O ki qaldı uşaqlara forma paylanması, hər birinə formaları çatıb.

 

- Akademiyanın üç yetirməsi bizə məlumat verib ki, onlara forma alınması gecikdirilib, Elxan Məmmədovun məsələyə qarışmasından sonra Sədərəkdə yerləşən ticarət mərkəzindən kefiyyətsiz forma alınıb.

– Bu il bizə gödəkcə az gəlmişdi. Sifarişlərimiz vaxtında gəlmədi. Biz də buradan gödəkcə alıb payladıq. Burada ciddi məsələ yoxdur. Xırda-para işlərə də qarışacağım yoxdur. Olmayanları da buradan alıb vermişik. Bir də bizdə 200-dən çox forma var ki, ölçüləri böyükdür uşaqlara.

 

- Amma, forma böyük gəlibsə onu qısaltmaq da olar. Bir də niyə ölçülər şirkətə düz göndərilməyib?

– Burada 200-dən çox forma var, gəlib özünüz də baxa bilərsiz.

 

- Bəhmən bəy, mən soruşuram ki, bu formalar uşaqların ölçülərinə uyğun niyə sifariş verilməyib?

– Verilib, hər il verilib. Biz bu sifarişi gələn il üçün vermişik. Biz bilmirdik ki, AFFA bizə maliyyə yardımı edəcək. Martdan sifarişlər başlayır. Mayda isə hər şey dəqiqləşir.

 

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti