"Qəbələ" Futbol Akademiyasının U-17 komandasının üzvü Sahil Zeynalov İstanbulda "Acıbadem" Klinikasında sol ayağının çarpaz bağlarından əməliyyat olunub.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, professor Ömər Faruk Taşer tərəfindən edilən əməliyyat uğurlu keçib. Futbolçunun 5-6 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.