"Beşiktaş"ın 16 yaşlılardan ibarət komandasının qapıçısı Sərvət Dündar məruz qaldığı hücum nəticəsində ağır bıçaq xəsarəti alıb.
Sportaren.az xəbər verir ki, Sərvət fevralın 28-i restoranda yemək yedikdən sonra evinə gedərkən silahlıların hücumuna məruz qalıb. Ürəyindən bıçaq zərbəsi alan qapıçı artıq 9 gündür ki, komadan ayıla bilmir. Qapıçı xəstəxanaya çatdırılan zaman üzərində olan bütün əşyalarının oğurlandığı bildirilib.