Kamal Quliyev: "Çempion olmaqla işlərimiz bitməyəcək"

17:45 10 Mart 2015

AFFA-nın son qərarına əsasən 1-ci divizionda çıxış edən 2 klub Premyer Liqaya vəsiqə qazanacaq.

 

Hal-hazırda turnir cədvəlində lider olan “Neftçala” klubunun baç məşqçisi Kamal Quliyev sportaren.az saytına bu barədə açıqlama verib:

“AFFA-nın bu qərarı sevindirici oldu. Qarşımızda qoyulan məqsədə çatmaq üçün sona qədər mübarizə aparacayıq. İnşallah istəyimizə də çatarıq. Artıq çempion olmaqla işlərimiz bitməyəcək. 1-ci dvizion klublarına da şans yarandı ki, Premyer Liqada özlərini göstərsinlər. Futbolçular üçün də şan yarandı ki Azərbaycanın ən güclü klublarına transfer olunub oynaya bilsinlər”.

 

Quliyev, komandaya yeni oyunçuların gətirilə biləcəyini də vurğulayıb: “Qarşımızda qoyulan məqəsədə çatarıqsa, yeni oyunçular alınacaq. Amma, 4-dən artıq futbolçu istəməzdim. Əsas heyyət yenə də gənc yerli futbolçulardan ibarət olacaq” – deyə Quliyev bildirib.


Digər xəbərlər

Xəbər xətti