Türk azarkeşlər Kamran Ağayevi ən yaxşı seçdilər - FOTO

17:58 10 Mart 2015

Türkiyə PTT 1 Liqasında 23-cü turun son oyunu keçirilib.

 

 

Sportarena.az xəbər verir ki, milli komçandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" səfərdə "Bucaspor"un qonağı olub. Oyun Kayseri təmsilçisinin 0-3 hesablı qələbəsi ilə başa çatıb. Millimizin qapıçısı qol buraxmamaqla yanaşı, bir neçə gözəl seyvlər edərək komandasının qələbəsində böyük rol oynayıb.

 

Onun zəfərdəki payını türk azarkeşlər yüksək qiymətləndiriblər. Belə ki, "Kayserispor"un rəsmi tvitter hesabında "Kayserispor" FK tərəfindən ‪#‎BugünMaçınAdamıetiketi ilə aparılan sorğuda məhz Kamran Ağayev qalib gəlib. Sorğuda klubun azarkeşləri iştirak edib və həmyerlimizə böyük dəstək olublar.

 


Digər xəbərlər

Xəbər xətti