Cavid İmamverdiyevin baş məşqçisi qaytarıldı

18:01 10 Mart 2015

Türkiyənin PTT I liqasında mübarizə aparan “Elazığspor”un baş məşqçi məsələsinə aydınlıq gəlib.

 

 

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Manisaspor”la (0:1) qarşılaşmadan sonra istefa verən baş məşqçi Ümit Özat geri qaytarılıb.

 

Azərbaycan millisinin yarımmüdafiəçisi Cavid İmamverdiyevin şərəfini qoruduğu “Elazığspor”da rəhbərlik baş məşqçinin istefasını qəbul etməyib. Klubun rəsmi saytında məsələ ilə bağlı bunlar yazılıb: “Prezidentimiz Səlçuk Öztürk və idarə heyəti baş məşqçi Ümit Özatla keçirdiyi görüşdən sonra onun vəzifəsində qalması qərara alınıb. Özat bu axşamkı məşqdə komandanın başında olacaq”.

 

Qeyd edək ki, “Elazığspor” 23 turdan sonra (27 xal) turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti