17 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun Bakıda keçiriləcək qrup oyunlarına qatılacaq Serbiya millisinin heyətində bu ölkənin prezidentinin oğlu da yer alıb.
Sportarena.az xəbər verir ki, baş məşqçi Deyan Qovedariçanın köməkçilərindən biri Branislav Nikoliçdi.
36 yaşlı mütəxəssis 2012-ci ildə Serbiyanın U-15 yığmasının baş məşqçisi kimi də Azərbaycana gəlmişdi. Həmin vaxt Tomislav Nikoliçin oğlu olması ilə gündəmə gələn çalışdırıcı ölkəmizi I Qəbələ kubokunun finalçısı kimi tərk edib. 3 il öncə finalda “Qalatasaray”a məğlub olan komandanın məşqçisi yeni vəzifədə Azərbaycana gələcək.
Qeyd edək ki, martın 17-də start götürəcək qrup oyunlarında Azərbaycan və Serbiya yığmalarından başqa, Portuqaliya və Xorvatiya da mübarizə aparacaq.