Bu gün İslandiyanın paytaxtı Reykyavik şəhərində “Reykyavik Open 2015" beynəlxalq şahmat turniri start götürüb.
Sportarena.az xəbər verir ki, turnirdə Azərbaycanı beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov və Zeynəb Məmmədyarova təmsil edir.
Ümumilikdə yarışda 30-dan artıq ölkədən 281 (43 qrossmeyster) zəka sahibi iştirak edir. 10 turdan ibarət yarış İsveçrə sistemi ilə keçirilir.
Qeyd edək ki, turnir martın 18-dək davam edəcək.