Xəzər Lənkəran məşqlərini bərpa etdi

19:29 10 Mart 2015

Azərbaycan Premyer Liqasının 25-ci turundan sonra bir günlük istirahətə buraxılan “Xəzər Lənkəran” bu gün Lənkəranda toplanıb.

 

Sportarena.az xəbər verir ki, cənub təmsilçisi saat 16.00 da Lənkərandakı bazasının ehtiyat meydançasında məşqə çıxaraq Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununun hazırlığına start verib.

Antalya toplanışı çərçivəsində yoxlama oyununda ciddi zədə alan müdafiəç Ruslan Cəfərovun bu gündən başlayaraq fərdi məşqlərə başladığını da qeyd edək.

Xatırladaq ki, mart ayının 13-də Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Xəzər Lənkəran” Bakının “ İnter” klubunu qonaq edəcək və oyun saat 17:00-da start götürəcək.

 


Digər xəbərlər

Xəbər xətti