"Real" məğlubiyyətlə, "Porto" darmadağınla növbəti mərhələyə adladı

01:39 11 Mart 2015

Bu gün Çempionlar Liqasında növbəti görüşlər keçiriləcək.

 

 

Sportarena.az xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyunlarına Pireney yarımadasında start veriləcək.

 

İlk 1/4 finalçılar Portuqaliya və İspaniyada keçiriləcək qarşılaşmalarda müəyyənləşəcək. “Draqao” stadionunda baş tutacaq “Porto” – “Bazel” qarşılaşması daha çox maraq kəsb edir.

 

Düzdü, meydan sahibləri həm cütün, həm də ev oyununun favoriti hesab edilir. Lakin ilk oyunun heç-heçə nəticələnməsi cavab matçında da gərgin mübarizə vəd edir.

 

Digər cütün taleyinə isə böyük ölçüdə ilk matçda aydınlıq gəlib. Səfərdə “Şalke”ni 2 top fərqilə məğlub edən “Real”ın üstünlüyünü Madriddə əldən verməsi inandırıcı deyil. Son matçlarda o qədər də inamlı təsir bağışlamayan Karlo Ançelottinin yetirmələrinin cavab oyununda da qalib gələcəyini gözlənilir.

 

Çempionlar Liqası

1/8 final, cavab oyunları

 

23:45. “Porto” (Portuqaliya) – “Bazel” (İsveçrə) 4:0

Qol: Brahimi, 14; Herrera, 47; Kasemiro, 56; Abubakar, 76

Baş hakim: Yonas Eriksson (İsveç)

Porto. “Draqao” stadionu

İlk oyun – 1:1

 

23:45. “Real” (İspaniya) – “Şalke” (Almaniya) 3:4

Qol: Ronaldo, 25, 45; Benzema, 52; Fuqts, 20; Huntelar, 40, 82; Sane, 56

Baş hakim: Damir Skomina (Sloveniya)

Madrid. “Santyaqo Bernabeu” stadionu

İlk oyun – 2:0

 


Digər xəbərlər

Xəbər xətti