UEFA Əfqanıstana yardım edəcəyini açıqlayıb.
Sportarena.az xəbər verir ki, ali futbol qurumu sözügedən ölkədəki fiziki reabilitasiya fəaliyyətlərinə dəstək vermək məqsədiylə Beynəlxalq Qızıl Xaç Komitəsinə 100 min avro pul verəcəyini bildirib.
Pulu isə “UEFA ilin komandası”na seçilən “Real”ın futbolçuları Kriştianu Ronaldo və Toni Kroos təqdim edəcək.