Martın 13-də Azərbaycan kubokunun 1/4 final mərhələsində AZAL-la qarşılaşacaq “Neftçi” digər klublardan daha çox istirahət etmək imkanı əldə edəcək.
Sportarena.az xəbər verir ki, Premyer Liqanın XXVI turunda oyun keçirməyəcək paytaxt klubunun növbəti matçı bir də aprelin 1-nə təsadüf edəcək.
Buna səbəb martın 18-dəki çempionat görüşlərindən sonra milli komandanın bir araya gəlməsidi. “Neftçi” isə AZAL-la kubok oyunundan sonra 3 günlük istirahətə buraxılacaq. Martın 17-də bir araya gələcək paytaxt təmsilçisi yığmalara gedəcək oyunçulardan məhrum hazırlıq keçəcək. Komanda tam heyətlə olmadığından, baş məşqçi Arif Əsədov ölkə xaricində toplanış keçməyə ehtiyac duymur.
“Neftçi” bu müddətdə məşqlərini öz bazasında keçəcək. Komanda martın 23-də yoxlama görüşündə qüvvəsini sınayacaq. Əgər həmin gün üçün rəqib tapılmasa, əvəzedici heyətdən bir neçə futbolçu cəlb edilərək ikitərəfli oyun keçiriləcək.