"Real”ın futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.
Sportarena.az xəbər verir ki, ÇL-ın 1/8 finalının “Şalke” ilə cavab matçında iki dəfə fərqlənən portuqaliyalı hücumçu sözügedən turnirdə qol sayını 78-ə çatdırıb.
Bununla da o, aktivində 76 qol olan Raul Qonzales və Lionel Messini geridə qoyub.