"Real" 4 qolla məğlub olsa da...

11:43 11 Mart 2015

"Real" Çempionlar Liqasında bir ilkə imza atıb.

 

 

Sportarena.az xəbər verir ki,  bu Madrid klubunun ÇL-ın 1/8 finalında "Şalke"yə 3:4 hesabı ilə uduzduğu cavab matçında baş verib.

"Real" ÇL tarixinin "pley-off" mərhələsində  öz meydanında dörd qolla məğlub olmasına baxmayaraq, növbəti mərhələyə yüksələn ilk komanda olub.

"Şalke"yə qarşı görüşlə "Real" Avropa kuboklarında ikinci dəfə "Santyaqo Bernabeu"da dörd qol buraxıb. Bundan əvvəl Madrid klubu 2000-ci ildə "Bavariya"ya 2:4 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, "Real" iki oyunun (2:0, 3:4) nəticəsinə əsasən 1/4 finala yüksəlib.

 


Digər xəbərlər

Xəbər xətti