Gürcüstan yığmasında Bakı "İnter"indəki mükafatlandırma sistemi tətbiq ediləcək

12:45 11 Mart 2015

Futbol üzrə Gürcüstan milli komandasının baş məşqçisi Kaxaber Tsxadadze paralel fəaliyyət göstərdiyi Bakının "İnter" klubundakı mükafatlandırma sistemini yığmada da tətbiq edəcək.

 

 

Sportarena.az xəbər verir ki, bu barədə gürcüstanlı mütəxəssisin özü açıqlama verib.

O, bildirib ki, futbolçulara hər qələbə üçün deyil, mövsümün sonundakı uğur qarşılığında mükafat verilməlidir: "Gürcüstan yığmasında futbolçularla mükafat haqda söhbət etməmişəm. Mən "İnter"də işə başladıqda hər qələbə üçün təyin olunmuş mükafat sistemini ləğv etdim. Əvəzində mövsümlük mükafat verməyi qərara aldıq. Fikrimcə, bu, daha düzgün addımdır".

Qeyd edək ki, hazırda "İnter" klubunun da baş məşqçisi olan Kaxaber Tsxadadze cari mövsüm başa çatdıqdan sonra yalnız Gürcüstan yığmasını çalışdıracaq.

 


Digər xəbərlər

Xəbər xətti