İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştiano Ronaldo cari mövsümün sonunadək mətbuata heç bir açıqlama verməyəcək.
Sportarena.az xəbər verir ki, bu barədə portuqaliyalının özü goal.com-a danışıb.
Almaniya "Şalke"si ilə keçirilən Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda dubl edən yarımmüdafiəçi bunları deyib: "Heç nə danışmayacağam. Hazırkı mövsüm başa çatana qədər mətbuata açıqlama verməyəcəyəm" .
Qeyd edək ki, "Real Madrid" doğma azarkeşlər önündə "Şalke"yə 3:4 hesabı ilə məğlub olub. İki görüşün nəticəsinə görə, Madrid təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb - 5:4.