Azərbaycanlı futbolçu Eddi İsrafilov İspaniyanın "Qranada" klubunda məşqləri bərpa edib.
Sportarena.az xəbər verir ki, sözügedən komanda La Liqanın 27-ci turu çərçivəsində qarşılaşacağı "Rayo Valyekano" ilə oyuna hazırlaşır.
Hazırlıq çərçivəsində komanda ikitərəfli oyun keçirib ki, bu görüşdə Eddi də iştirak edib.
Qeyd edək ki, futbolçu zədədən sonra fərdi qaydada məşq edirdi.