“7 aylıq maaşımı da istəmirəm, hala xoşları olsun. Heç olmasa “Lokomativdə” qalan 2 aylıq maaşımı versinlər”.
Bu sözləri sportarena.az saytına açıqlamasında hal-hazırda 1-ci dvizionda çıxış edən “Şuşa Qarabağ” klubunda forma geyən, “Bakı” və “Lokomativ” klubunun sabiq futbolçusu Nurlan Məmmədzadə deyib.
Məmmədzadə, artıq dağılmış olan “Bakı”nın farm klubu “Lokomativ”dəki 2 aylıq maaşının verilməsini istəyib.
“Mən “Bakı”nın əvəzedicilərdində 7 ay oynadım. Orada maaşlarımız verilmədi. Sonra “Lokomativ”ə keçdim və orada da 2 aylıq maaşım qalıb. “Bakı” klubu məni yetişdirib və futbolda nə əldə etmişəmsə ilk növbədə onlara borcluyam. “Bakı”nın əvəzedicilərində 7 aylıq maaşımı da istəmirəm, halal xoşları olsun. Heç olmasa “Lokomaiv”də 2 aylıq maaşımı versinlər. Orada əsas heyyətdə oynamışam, əziyyətim keçib”.
Məmmədzadə həmçinin “Lokomativ”də olmuş futbolçuların və texniki işçilərin pulunu ala bilməməsini vurğulayıb: “Klub dağılandan sonra bir qəpik də ala bilmədik. AFFA-nın yardımı ilə “Bakı”da indi pullar hissə-hissə ödənilir. Heç olmasa bizim də “Lokomativ”dəki əziyyətimizi qiymətləndirsinlər”. – deyə Məmmədzadə bildirib.
Rahim Şaliyev