Ermənistan Avropa Oyunlarında təmsil olunacağı idman növlərini açıqladı

14:01 11 Mart 2015

Ermənistan millisinin Avropa Oyunlarında iştirak edəcəyi idman növləri məlum olub.

 

 

Sportarena.az xəbər verir ki, ermənilər iyunda Bakıda keçiriləcək yarışda təkbətək idman növlərində mübarizə aparmağa qərar veriblər.

 

Ermənistan Milli Olimpiya Komitəsi ölkəmizə güləş, sambo, cüdo, taekvondo, boks və atıcılıqda təmsil olunmağı məqsədəuyğun hesab edib. Bu 6 növdə isə hansısa idmançıya məcburiyyət tətbiq olunmayacaq. Hər bir kəs öz istəyi ilə komandaya cəlb ediləcək.

 

Qeyd edək ki, Avropa oyunları iyunun 12-28-də Bakıda keçiriləcək və 20 növ üzrə yarışlar təşkil olunacaq. 

 


Digər xəbərlər

Xəbər xətti