Dünən "Elazığspor" rəhbərliyinin baş məşqçi Ümit Özatın istefasını qəbul etmədiyini və həmyerlimiz Cavid İmamverdiyev, argentinalı Franko Kangele və Fabio Bilikanın əsas heyətdən uzaqlaşdırıldığı barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, artıq komandanın bir neçə azarkeş qrupu bəyanatlar yayararaq Cavid imamverdiyev, Kangele və Bilikanın əvəzedici heyətə göndərilməsini sürpriz adlandırıb və bu qərarı absurd sayır. Bəyanatda bildirilir ki, nə qədər Ümit Özat baş məşqçidirsə, biz də oyunlara getməyəcəyik. Klub rəhbərliyinin hansı qərar verəcəyi maraqlı gözlənilir.