Futbolçu şərt qoydu: Prezident getsin...

Sportarena.az      11 Mart 2015 , 15:01

Uruqvay millisinin və PSJ-nin hücumçusu Edinson Kavani nə vaxtsa sabiq klubu "Napoli"yə qayıda biləcəyini deyib.

 

 

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı futbolçu bunun üçün neapolluların qarşısına şərt qoyub:

 

"Napoli" mənim karyeramda böyük rol oynayıb. Özümü dünyaya məhz bu klubda tanıtmışam. İndi də Neapolun adı çəkiləndə kövrəlirəm. Gələcəkdə yenidən "Napoli"də oynamağı çox istərdim. Bu barədə ailəmlə də söhbətim olub. Ancaq Neapol klubuna qayıdışım tək bir halda mümkündü. O da klub prezidenti Aurelio De Laurentisin komandadan getməsidir".

 

Edinson Kavani 2010-cu ildən 2013-cü ilə kimi "Napoli"nin şərəfini qoruyub. Uruqvaylı hücumçu bu müddətdə neapolluların heyətində keçirdiyi 138 oyunda 104 qola imza atıb. 2013-cü ildə klub prezidenti Laurentis maaşının artırılmasıyla bağlı rəhbərliyə təzyiq etməsini səbəb göstərərək, hücumçunu sərt tənqid etmişdi. Klub prezidenti elə həmin il Kavanini PSJ-yə satmışdı.

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin