Prosineçki Abdullayevi Gürcüstana yolladı

16:14 11 Mart 2015

Azərbaycan yığma komandasının baş məşqçisi Robert Prosineçki öz köməkçisi Elxan Abdullayevi Gürcüstana yollayır. 

 

 

Sportarena.az  xəbər verir ki, martın 25-də qonşu ölkənin yığma komandası yoxlama oyununda Maltanı qəbul edəcək.

 

Abdullayevin Tiflisə səfərində məqsəd də məhz Malta komandasının üzvlərini iş başında görməkdir. Çünki bu oyundan 4 gün sonra Malta yığması Bakıda Azərbaycan milli komandasının qonağı olacaq.

 


Xəbər xətti