Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Malta ilə oyunun hazırlıq proqramını müəyyənləşdirib.
Sportarena.az xəbər verir ki, komandamız bu matçdan altı gün öncə, martın 22-də bir araya gələcək.
Bayram günlərini evlərində keçirəcək futbolçular həmin tarixdən etibarən Bakıda məşqlərə start verəcəklər.
Qeyd edək ki, Azərbaycan - Malta qarşılaşması martın 28-də keçiriləcək.