Dağılmış klubda maaşların verilməsinə Hafiz Məmmədovun oğlu cavabdehdir

17:13 11 Mart 2015

Azərbaycan çempionatının 1-ci dəstəsində çıxış etmiş və bu ilin əvvəlində dağılan “Lokomativ Biləcəri” klubunun futbolçuları və texniki heyyətinə 2 aylıq maaşlarını vermədiyini xəbər vermişdik.

 

Sportarena.az dağılmış klubda maaşları qalan futbolçuların və texniki işçilərin öz haqlarını haradan tələb edə biləcəyi barədə araşdırma aparıb.

 

Məlum oldu ki, klubda qalan maaşların ödənilməsinə birbaşa olaraq təsisçi Sənan Məmmədov cavabdehdir. Qeyd edək ki, Sənan Məmmədov “Bakı” klubunun sahibi Hafiz Məmmədovun oğludur və “BAGHLAN GROUP”-da təsisçi, “Atletiko” klubu ilə əməkdaşlıq korrdinasiya mərkəzinin rəhbəri kimi də fəaliyət göstərib.

 


Digər xəbərlər

Xəbər xətti