Cem Fələk oynadı, komandası darmadağına sevindi

18:34 11 Mart 2015

Şotlandiyada 20 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan ölkə çempionatında 24-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın U-19 yığmasının üzvü Cem Fələyin komandası - "Aberdin" də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda "Dandi" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Cem matçın 68-ci dəqiqəsindən etibarən mübarizəyə qoşulub.

Hazırda "Aberdin" 58 xalla turnir cədvəlinə başçılıq edir.

 


Digər xəbərlər

Xəbər xətti