Daha bir futbolçumuz Türkiyə klubundan kənarlaşdırılır

22:35 11 Mart 2015

Daha bir azərbaycanlı futbolçunun legioner həyatı qısa çəkə bilər.

 

 

Sportarena.az xəbər verir ki, “Dənizlispor”un müdafiəçisi Rail Məlikov çox güman ki, ən geci mövsümün sonunda komandası ilə yollarını ayıracaq.

 

Dənizli klubunun baş məşqçisi Mehmet Altıparmak yerli mətbuata açıqlamasında heyətdə islahatlar aparılacağını istisna etməyib: “Təcrübəli oyunçularımız olsa da, bu, yetərli olmur. Qaçmayan, mübarizə aparmayan oyunçu bu formanı geyinməyəcək. Təcrübəlilərdən xeyir görmürəmsə, gənclərlə yola davam edərəm”.

 

Maraqlıdı ki, fevralın sonlarında “Dənizlispor”a baş məşqçi təyin edilən Mehmet Altıparmak komandanı artıq 3 oyuna çıxarıb. Onun debüt etdiyi qarşılaşmada Rail Məlikov cəmi 12 dəqiqə oynamaq imkanı əldə etmişdisə, son iki görüşdə həmyerlimizə etibar edilməyib. Görünür, baş məşqçinin “qaraladığı” futbolçular arasında yığmamızın sabiq üzvü də var.

 


Digər xəbərlər

Xəbər xətti