"Qəbələ" və "Bakı"nın futbolçusu ən intizamsız seçildi

22:40 11 Mart 2015

Azərbaycan Premyer Liqasında mövsümün ən intizamsız oyunçuları müəyyənləşib.

 

 

Sportarena.az xəbər verir ki, “Bakı”nın futbolçusu Elşad Manafov mövsümün arxada qalan hissəsində 2 qırmızı vərəqə alan yeganə futbolçudu.

 

Sarı vərəqələrin sayında isə Adrian Ropotan hamıdan öndədi. “Qəbələ”nin rumıniyalı legioneri 11 dəfə xəbərdarlıq alıb. Onun komanda yoldaşı Ruslan Abışov, “İnter”li Derlis Meza Kolli, “Sumqayıt”lı Aleksandr Çertoqanov və “Neftçi”nin 3 üzvü – Elvin Yunuszadə, Erik Ramos və Karlos Karfdoso hərəyə 8 sarı vərəqə ilə cəzalanıb.

 


Digər xəbərlər

Xəbər xətti