Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti cavab oyunları baş tutacaq.
Sportarena.az xəbər verir ki, azarkeşlər İngiltərə və Almaniyada keçiriləcək görüşlərə şahidlik edəcək.
Belə ki, “Çelsi” doğma divarlar arasında PSJ ilə üz-üzə gələcək. Parisdə keçirilən ilk oyunda komandalar hərəyə 1 dəfə fərqlənsələr də, bundan başqasına gücləri çatmayıb. Cütün taleyinə Londonda aydınlıq gələcək.
Digər matçda “Bavariya” Donetsk “Şaxtyor”unu sınağa çəkəcək. Lvovda reallaşan ilk qarşılaşmada qapılara qol vurulmayıb. Görüşün favoriti Münhen klubu olsa da, Ukrayna təmsilçisinin də asan təslim olacağı gözlənilmir.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
11 mart
“Çelsi” (İngiltərə) - PSJ (Fransa) 2:2 (Əlavə vaxt)
Qol: Kexl, 81; Hazard, 100; Luis, 86; Silva, 113
Baş hakim: Born Keypers
London. “Stemford Bridc” stadionu
İlk oyun: 1:1
“Bavariya” (Almaniya) – “Şaxtyor” (Ukrayna) 7:0
Qollar: Müller, 4, 51; Boatenq, 34; Riberi, 49; Badstuper, 63; Levandovski, 75; Götze, 87
Baş hakim: Uilyam Kollam
Münhen. “Alyans Arena”
İlk oyun: 0:0