"Çelsi" - PSJ - Maraqlı Faktlar

23:30 11 Mart 2015

Bir-neçə dəqiqə sonra ÇL-nin 1/8 final mərhələsi çərçivəsində “Çelsi” öz meydanında PSJ-ni qəbul edəcək.

 

Sportarena.az oyunöncəsi maraqlı məqamları diqqətinizə çatdırır:

 

 

Zlatan İbrahimoviç Çempionlar Liqasının qruplarında 107 oyunda 43 qol vurub.

Edison Kavani Çempionlar Liqasında qrupsonrası matçlarda oynadığı 6 oyunun beşini “Çelsi”yə qarşı oynayıb (PSJ və “Napoli” formasında) və hər ikisində növbəti mərhələyə həsrət qalıb.

Edison Kavani bu mövsüm Çempionlar Liqasında 7 oyuna 6 qol vurub.

“Çelsi”nin ilk oyunda Branislav İvanoviçin vurduğu qol həm də rəqib qapısına vurduğu ikinci və son təhlükəli zərbədi.

Bu mövsüm “Çelsi”nin ÇL-də vurduğu qolların tamam yarısı standart vəziyyətdən vurulub (18 topdan 9-u). Bu 16 komanda arasında ən yüksək göstəricidir.

“Çelsi” öz meydanında fransız klublarına məğlub olmayıb.

“Çelsi” bu mövsüm ÇL-də məğlub olmayan 2 klubdan biridir (“Porto” ilə birlikdə)

 


Digər xəbərlər

Xəbər xətti