“Şaxtyor”un müdafiəçisindən antirekord

01:12 12 Mart 2015

Çempionlar Liqasının antirekordu müəyyənləşib.

 

 

Sportarena.az xəbər verir ki, qitə miqyaslı ən nüfuzlu klub turnirinin 1/8 final mərhələsinin “Bavariya” – “Şaxtyor” oyununda Ukrayna klubunun müdafiəçisi Aleksandr Kuçer görüşün 3-cü dəqiqəsində qırmızı vərəqə alıb.

 

Meydandan qovulan Donetsk təmsilçisinin futbolçusu Çempionlar Liqasının tarixində ən sürətli meydandan uzaqlaşdırlan oyunçu olub.

 

Qeyd edək ki, daha əvvəlki antirekord “Verder”in fransalı futbolçu Valeren İsmaelə məxsusdu. 39 yaşlı veteran müadafiəçi 2004-cü ildə “İnter”lə matçda qırmızı vərəqə ilə cəzalandırılıb. Həmçinin “Nyukasl”ın uelsli yarımmüdafiəçisi Kreyq Bellami də 2002-ci ildə yenə İtaliya klubu ilə görüşün 5-ci dəqiqəsində komandasını azlıqda qoyub.

 


Xəbər xətti