“Bavariya” iki ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, Münhen klubunun yarımmüdafiəçiləri Aryen Robben və Frank Riberi Çempionlar Liqasının 1/8 final mərhələsinin “Şaxtyor”la cavab oyununda zədələniblər.
Hazırda davam edən və “Bavariya”nın 5:0 hesabı ilə öndə olduğu matçda Hollandiya millisinin üzvü qarşılaşmanın 19-cu dəqiqəsində zədələnərək, meydanı tərk etmək məcburiyyətində qalıb. Riberi isə, görüşün 58-ci dəqiqəsində zədələnərək əvəzlənib.
Robbenin vəziyyətinə sabah tibbi müayinədən keçdikdən sonra aydınlıq gələcək.