Yunanıstan futbolunda növbəti qalmaqal

01:48 12 Mart 2015

Yunanıstan futbolunda növbəti qalmaqal yaşanıb.

 

Sportarena.az xəbər verir ki, ölkə kubokunun 1/4 finalında AEK və "Olimpiakos" arasında keçirilən matçın son dəqiqələri gərginliklə yadda qalıb.

Qonaqların görüşün 89-cu dəqiqəsində hesabı açmasından sonra ev sahibi komandanın azarkeşləri meydana daxil olublar. İlk görüşdə 1:1 hesabı qeydə alındığından 1:0 hesabı "Olimpiakos"u növbəti mərhələyə yüksəldirdi. Nəticədən narazı qalaraq meydana daxil olan AEK-in çılğın fanatlarını sakitləşdirməyin çətinliyini görən hakim oyunun təxirə salındığını elan edib.

Qeyd edək ki, daha öncə superliqanın 25-ci turunda keçirilən "Panatinaykos" - "Olimpiakos" matçında baş verən analoji hadisə səbəbindən görüş yarımçıq dayanmış və çempionat oyunları təxirə salınmışdı.  

 


Digər xəbərlər

Xəbər xətti